Rotary nədir?

Rotary, yer üzündə dostluq və xoş niyyətin qurulmasına kömək etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını yaymaq üçün dünya miqyasında təşkilatlanmış bir xidmət qurumudur. Rotary nin əsas devizi, “Özündən Əvvəl Xidmət ” anlayışıdır. Bu anlayış bütün Rotaryanların əsas devizi olub, dünya miqyasında insanları ortaq məqsəd çərçivəsndə bir yerə toplayır. Rotary Klub üzvlərinin profili, olduqları bölgə və ölkədəki təmsil edilən iş və peşələrin bir təzahürü olmaqdadır. Klubun hər üzvü fərqli bir peşəni təmsil edir. Rotary-nin təşkilatlanma forması problemlərin həllinə yönələrək düşünülən fikirlərin, cəmiyyətin hər fərdinin qavraya bilməsi və xidmətin cəmiyyətin bütün təbəqələrini əhatə edə bilməsi üçündür. Qısaca olaraq Rotary, dörd təməl prinsipdən ibarət olmaqla təkilatlanır ;
    • Üzvlər arasında dostluğu möhkəmlətmək
    • Xidmət etmə niyyətini çox yaxından araşdırmaq,
    • Xidmət devizini şəxsi həyatımıza tətbiq etmək,
    • Qarşılıqlı anlayış və beynəlxalq əlaqələri inkişaf etdirmək.

Sosial şəbəkələrimiz

Facebook-dan bizi tap