Xəbər: 09.07.2018 tarixində növbəti görüşümüz keçirildi

15.07.2018


Baku Khazar Rotary Club 09.07.18 tarixdə bu ilki dönəmin yeni Başkanı Yusif Əliyevin başçılığı ilə dönəmin 2-ci görüşü keçirildi. Katib Fuad İmanov və xəzinədar Zaur Orucovun da qatıldığı toplantıda qarşıda duran məsələlər müzakirə edildi. Görüşdə fəaliyyətimiz ilə bağlı Müvafiq Komitələrin yaradılması və komitələrin tərkibi müzakirə olundu,səsvermə keçirildi.

1. Görüş zamanı məsləhət görülən Dress code – Geyim Tərzi formasının müzakirəsi

2. Bir dəqiqəlik Sükut sözlərinin – Bir dəqiqəlik hörmət (sayqı) duruşu ilə əvəz olunması, Görüşün sonunda Azərbaycan Himninin oxunması.

3. Avqust ayında Hindistanın Hyderabad Deccan Rotary Klubunun üzvlərinin Azərbaycana səfəri.

4.Komitələrin Təyin olunması Məsələləri görüşüldü.

Komitələr aşağıdakılardan ibarətdir.

1. Community Services Committee – Cəmiyyətə xidmət komitəsi Bu komitəni işi Layihələrin kordinasiyasına nəzarət etmək və həyata keçirməkdir.

2. Membership Committee – Üzvlük komitəsi Yeni üzvlərin qəbulu üçün yaradılmışdır bu komitə.

3. PR committee – İctimai əlaqələr komitəsi PR komitə üzvləri sosial aktivliyin artırılması və ictimai əlaqələrin gücləndirilməsi üçün yaradılmışdır

4. Administration – İnzibati işlər üzrə komitə İnzibati işlərin təşkili üçün yardılmışdır. Qonaqların qarşılanması, görüş yerlərinin rezerv edilməsi və s. Inzibati işlərin təşkilində Katibə yardımçı olacaqlar

5. İnternational Relations Comittee – Beynəlxalq Əlaqələr Komitəsi Xaricdə yerləşən Rotary Klublarla əlaqələrin gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsinə dəstək üçün yaradılmış bir komitədir.

PR Komitəsinin sədri Musalim İmanov, öz və klubumuzun üzvlərinin razılığı ilə seçildi. Digər Komitə rəhbərlərinin gələn görüşə qədər təyin olunması üçün vaxt verildi.

Qərara alındı: (qəbul olunmuş qərar və ya həmin məsələyə dair rədd edilmiş layihə tam yazılmış şəkildə).

1. Bir dəqiqəlik sükut sözləri Bir dəqiqəlik hörmət (sayqı) duruşu sözləri ilə əvəz olunsun. Görüşün sonunda Azərbaycan Himni səsləndirilsin.

2. Komitələrin adları qəbul edildi və gələn həftəyə qədər sədrləri təyin olunsun tapşırığı verildi Tədbirdə eyni zamanda xarici və yerli qonaqlarımız da istirak etdi.

Qonaq qismində dəvət olunanlar:

Nərmin Sadıxova (Kolumbiya Rotary Klubundan Tamilla Rəhimova tərəfindən) və Joy Center Azerbaijan da Norveçdən könüllü qismində calisan Hildae Iglebaek də iştirak edirdilər.

Klubun Katibi Fuad İmanov gündəlikdə olan digər məsələ, Hindistandan Azərbaycana səfər edəcək Hyderabad Deccan Rotary Klubunun müraciətini Klub üzvlərinin diqqətinə çatdırdı. Avqust ayının 11-15-i qonaqlar Azərbaycanda olacaq. 65 nəfər gəlmələri gözlənilir və Klub üzvlərimizlə görüşmək və şam etmək istəyirlər. Qeyd edibləri ki, üzərlərinə düşən xərcləri özləri qarşılayacaqlar. Bu səbəbdən Park İnn by Radisson otelinin Dan Ulduzu zalı görüş üçün reserv edildi. Baku Rotary İnternational Klubu ilə danışıqlara başlanılması üçün Fuad İmanova tapşırıq verildi ki bu görüş hər iki klubun iştirakı ilə keçirilsin.

Qalereya

Sosial şəbəkələrimiz

Facebook-dan bizi tap