Xəbər: 16.07.2018 tarixində növbəti görüşümüz keçirildi

21.07.2018


Bakı Xəzər Rotary Klubunun həftəlik iclas PROTOKOLU № 002

Bakı şəhəri «16» İyul_2018 il

Sədrlik edirdi: Yusif Əliyev

Katib : Fuad İmanov

Xəzinədar: Zaur Orucov

İştirak edən üzvlər :

• Xədicə Berktaş

• Elnurə Əsgərova

• Musalim İmanov

• Renata Nur

• Ali Apaydın

• Əziz Mustafayev

• Şahin Yaqubzadə

Üzrlü səbəbdən iştirak edə bilməyən üzvlər:

• Elxan İbrahimov

• Gökhan Akın

• Lətafət Əliyeva

• Eylem Fındık

• Zaur Orucov

• Anar Məmmədov

Qonaq qismində dəvət olunanlar:

• Nərmin Sadıxova: (Klubumuzun Prezidenti Yusif Əliyev tərəfindən)

• Şaiq Məmmədov: (Kolumbiya Rotary Klubundan Tamilla Rəhimova tərəfindən)

Gündəlik məsələ :

1. Komitə Rəhbərlərinin təyin olunması

2. Qubernatorun 25-29 Avqust tarixlərində Azərbaycan ziyarəti

3. İzmir Çığlı Rotary Klubu ilə twining - qardaş klub olma istəyi

4. Klubun daxili məsələlərinin Yalnız Klub üzvlərinin daxil olması məsələsi

Eşidildi: Yusif Əliyev görüşü açaraq üzvlərimizi və gələn qonağımızı salamladı. Qonaqlarımıza və Klub üzvlərimizə tanışlıq üçün söz verildi. Görüşün ilkin mövzusu My Rotary – beynəlxalq Rotary Web səhifəsində bütün üzvlərimizin qeydiyyatı oldu. Hər bir üzvümüzün o siyahıda adı var və qeydiyyat tam şəkildə aparılmışdır. Daha sonra Klubun Başkanı Yusif Əliyev Musalim İmanova sosial səhiflərimizin davamlı olaraq yenilənməsinə nəzarət etməsini xahş etdi və bunun vacibiyəti ilə bağlı öz fikirlərini bildirdi.

1. Görüş gündəlik məsələlərin müzakirəsi ilə davam etdi. İlkin olaraq Komitə üzvlərinin təyini məsələsi müzakirəyə çıxarıldı. Klub üzvlərinin səs verməsi ilə Komitə Rəhbərləri seçildi.

• Community Services Committee – Cəmiyyətə xidmət komitəsinin rəhbəri Şahin Yaqubzadə seçildi və onun yardımçısı Elxan İbrahimov olacaq.

• Membership Committee – Üzvlük komitəsinin Rəhbəri Elnurə Əsgərova olacaq və bu komitənin idarə olunmasında ona köməkliyi Eylem Fındık edəcəkdir.

• PR committee – İctimai əlaqələr komitəsinin rəhbəri keçən görüşümüzdə artıq seçilmişdi və bir daha təsdiqləndi ki Musalim İmanov olacaq.

• Administration – İnzibati işlər üzrə komitənin rəhbəri Əziz Mustafayev seçildi ona kömək edəcək üzvümüz isə Renata Nur qəbul olundu .

• İnternational Relations Comittee – Beynəlxalq Əlaqələr Komitəsinə isə komitə rəhbəri bu yeni dövr ərzində Xədicə Berktaş sədrlik edəcək və Xədicə xanıma bu işdə köməkliyi Gökhan Akın edəcəkdir.

Klubumuzun qurucu üzvlərindən biri və ilk klub prezidenti Ali Apaydın, Komitə rəhbərlərinin onun təcrübəsindən yararlanması üçün Komitələrdən məsul şəxs qismində məsləhətçi olaraq seçildi.

2. Klub üzvlərimiz bildiyi kimi, 25-29 avqust tarixlərində 2430-cu bölgənin Gubernatoru və heyəti ümumilikdə 15 nəfər şəhərimizə klublarımızı ziyarət etmək məqsədilə təşrif edəcəklərdir. Bununla bağlı Renata xanıma Park İNN otelinde qiymət təklifinin alınması üçün tapşırıq verildi.

3. Ali Apaydın görüşdə İzmirin Çığlı Rotary Klubunun bizim Klubumuzla twining – qardaş klub olma istəyini açıqladı və bu Klub üzvlərimiz tərəfindən çox xoş qarşılandı. Prosesin həyata keçirilməsi və o klubla əlaqələrin gücləndirilməsi üçün Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xədicə Berktaşa müraciət olundu, o da öz növbəsində nəzarət edəcəyini görüşdə hər kəsə bildirdi.

4. Ali Apaydın təklif etdi ki gələcək görüşlərdə inzibati məsələlərin həllərinə yönəlik görüşlərdə qonaqlar dəvət olunmasın bu tip görüşlərə yalnız Klub üzvləri daxil olunsun. Bu fikir Yusif Başkan tərəfdən çox xoş qarşılandı və Katibi Fuad İmanova bu tip halları gələcəkdə nəzərə alması tapşırığını verdi. Görüşün sonunda qonağımız Saiq Məmmədova söz verildi, Şaiq Məmmədov öz təcrübələrini klub üzvlərimizlə bölüşdü hətta gələcək görüşlərdə Guest Speaker – Təlimçi olaraq görüşümüzə qatılması Klub üzvlərimiz tərəfindən xahiş edildi.

Qərara alındı:

1. Komitə rəhbərləri qərara alındı

• Community Services Committee – Şahin Yaqubzadə

• Membership committee – Elnurə Əsgərova

• PR committee – Musalim İmanov

• Adminstration – Əziz Mustafeyev

• İnternational Relations Committee – Xədicə Berktaş

2. Klubun daxili məsələlərinin Yalnız Klub üzvlərinin daxil olduğu toplantılarda müzakirə olunması qəbul edildi.

Qalereya

Sosial şəbəkələrimiz

Facebook-dan bizi tap